• cümə, 19 Aprel, 23:01
  • Baku Bakı 24°C

BMT Baş Assambleyası daha beş qətnamə qəbul edib

01.12.18 15:00 512
BMT Baş Assambleyası daha beş qətnamə qəbul edib
BMTBaş Assambleyası cümə günüFələstinidəstəkləyən vəİsrailişğalını pisləyən beş qətnamə qəbul edib.
"Report” TASS-a istinadən xəbər verir ki, illik əsasda təsdiq olunan sənədlər Fələstin xalqının öz müqəddəratını müəyyənləşdirməsi, həmçininYaxın Şərqnizamlanmasına kömək etməyi nəzərdə tutur.
Bütün qətnamələr səs çoxluğu ilə qəbul olunub. Hər bir sənədin qəbluna qarşı çıxan ölkələrin sayı14-ükeçməyib. Onların əleyhinə səs verən ölkələr arasında ABŞ, İsrail, Kanada və Avstraliyanın adı var.
Baş Assambleya, xüsusilə, "Fələstin probleminin sülh yolu ilə həll olunması" sərlövhəli qətnamədə bu istiqamətdə beynəlxalq səylərin gücləndirilməsinə çağırır və həmçininFələstin-İsrailmünaqişəsinin ədalətli, davamlı və hərtərəfli şəkildə sülh yolu ilə həllinə nail olmaq və prosesi sürətləndirmək məqsədi iləMoskvadabeynəlxalq konfransın vaxtında keçirilməsini tələb edir.
Sənəd İsrailin Şərqi Qüds daxil olmaqla işğal olunmuş Fələstin ərazilərindəki bütün məskunsalma fəaliyyətinin tamamilə dayandırılmasını tələb edir və həmçinin israilliləri, o cümlədən dini ibadət yerlərində təxribatlara son qoymağa çağırır.
banner

Oxşar Xəbərlər