• şənbə, 20 Aprel, 16:15
  • Baku Bakı 23°C

BMT Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır

09.04.21 21:00 956
BMT Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır
Birləşmiş Millətlər Təşkilatı (BMT) bu qurum üçün çox önəmli ölkə olan Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır.
Trend-in məlumatına görə, bunu BMT Baş Assambleyasının prezidenti Volkan Bozkır Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
V.Bozkır bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiya dövründə BMT-nin xüsusi sessiyasının keçirilməsi beynəlxalq aləmdə geniş rezonans doğurub: "Biz pandemiya ilə əlaqədar Azərbaycanın digər ölkələrə və qurumlara göstərdiyi yardımları yüksək dəyərləndiririk. İndi hamılıqla birlikdə postpandemiya dövrünə - yeni çağırışlara hazır olmalıyıq”.
banner

Oxşar Xəbərlər