BMAM – da görüş keçirilib
Bu gün Beynəlxalq
Münasibətlərin Araşdırılması Mərkəzində Bolqaristanın Azərbaycandaki müvəqqəti
işlər vəkili, səfir əvəzi Yanko Yanakiyev və konsul Kiril Apostolovla görüş
keçirilmişdir.
BMAM sədri , politoloq Rufiz Qonaqov Azərbaycan-Bolqaristan əlaqələrindən
danışaraq, hər iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin
gücləndirilməsi, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini diqqətə çatdırmışdır. Rufiz Qonaqov eyni
zamanda ölkəmizin uğurlu xarici siyasətinin əsas istiqamətləri, Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olaraq, beynəlxalq
aləmdə qazandığı uğurlarından danışıb.
Görüş üçün təşəkkürünu bildirən Bolqaristanın ölkəmizdəki
müvəqqəti işlər vəkili Yanko Yanakiyev iki ölkə arasındaki diplomatik, siyasi,
iqtisadi, ticarət əlaqələrindən danışaraq , vətəndaş cəmiyyəti institutları
arasında da bu əlaqələrin vacibliyini bildirmişdir. Cənab Yanko Yanakiyev eyni
zamanda, gələn ilin ilk altı ayının Bolqaristanın Avropa Birliyinə rəhbərlik edədəyinini
mühum hadisə adlandırıb.
Görüşdə BMAM sədrinin xarici əlaqər üzrə müşaviri,
Ramin Səmədov, iqtisadi məsələlər üzrə müşaviri Nazim Süleymanov, baş məsləhətçi
Esmira Həmzəbəyova, Bolqaristanın Azərbaycandaki konsulu Kiril Apostolov
iştirak edib.