AZE | RUS | ENG |

Bloxinə “satqın” dedilər

Bloxinə “satqın” dedilər
Bu günlərdə Kiyev "Dinamo"suyla dördillik müqavilə imzalayan Oleq Bloxinin bu addımıyla bağlı müxtəlif fikirlər dolaşır. Ukraynada bəziləri milli komandanın çalışdırıcısının yalnız bir iş yerində xidmət göstərməli olduğunu düşünür. Qeyri-qənaətbəxş nəticələr üzündən istefaya göndərilən Yuri Syominin yerini tutan Oleq Vladimiroviç eyni zamanda iki komandada işləməsinin ona elə bir problem yaratmayacağını düşünür. O, jurnalistlərə açıqlamasında ünvanına yönələn tənqidlərə də lazımi cavabını verib: "Mətbuatda haqqımda min cür fikirlər səsləndirilir... Artıq məni satqına çeviriblər: yığmanı atdığımı deyirlər. Amma mən satqın deyiləm! Federasiya rəhbərliyi ilə razılığa gəlmişik. Satqınlıq məsələsinə gəlincə, bir faktı diqqətinizə çatdırmaq istərdim. Mən 7 milli futbolçunu sıralarında cəmləşdirən komandada işləyəcəyəm. Bu say yaxın gələcəkdə daha da arta bilər. Bu uşaqları millinin növbəti oyunlarına daha yaxşı hazırlaşdıra bilərəm. Düzünü desəm, "satqın" sözünü heç xoşlamıram..."

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906