Bloxinə “satqın” dedilər

Bloxinə “satqın” dedilər

İdman
27 Sentyabr 2012, 17:33 1331
Bu günlərdə Kiyev "Dinamo"suyla dördillik müqavilə imzalayan Oleq Bloxinin bu addımıyla bağlı müxtəlif fikirlər dolaşır. Ukraynada bəziləri milli komandanın çalışdırıcısının yalnız bir iş yerində xidmət göstərməli olduğunu düşünür.
Qeyri-qənaətbəxş nəticələr üzündən istefaya göndərilən Yuri Syominin yerini tutan Oleq Vladimiroviç eyni zamanda iki komandada işləməsinin ona elə bir problem yaratmayacağını düşünür. O, jurnalistlərə açıqlamasında ünvanına yönələn tənqidlərə də lazımi cavabını verib: "Mətbuatda haqqımda min cür fikirlər səsləndirilir... Artıq məni satqına çeviriblər: yığmanı atdığımı deyirlər. Amma mən satqın deyiləm! Federasiya rəhbərliyi ilə razılığa gəlmişik. Satqınlıq məsələsinə gəlincə, bir faktı diqqətinizə çatdırmaq istərdim. Mən 7 milli futbolçunu sıralarında cəmləşdirən komandada işləyəcəyəm. Bu say yaxın gələcəkdə daha da arta bilər. Bu uşaqları millinin növbəti oyunlarına daha yaxşı hazırlaşdıra bilərəm. Düzünü desəm, "satqın" sözünü heç xoşlamıram..."