• cümə axşamı, 25 aprel, 11:30
  • Baku Bakı 14°C

Bölgələrdə olan deputat köməkçiləri ilə videokonfrans formatında görüş keçiriləcək

19.05.20 14:08 456
Bölgələrdə olan deputat köməkçiləri ilə videokonfrans formatında görüş keçiriləcək
"Bölgələrdə olan deputat köməkçiləri ilə videokonfrans formatında görüş keçirəcəyik”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
O bildirib ki, may ayının 15-də Bakı, Sumqayıt, Abşerondan olan deputat köməkçiləri ilə görüş keçirilib: "Deputatlar insanları narahat edən məsələlərin ortaya çıxması üçün dövlət qurumları qarşısında məsələ qaldırmalıdır. Deputat köməkçilərinin üzərinə bu işdə böyük vəzifə düşür. Deputat köməkçiləri ilə görüşlər davamlı xarakter alacaq. Öz köməkçilərinin namizədliyini müəyyən etməmiş deputatlar qısa zamanda bu məsələni həll etsinlər və Milli Məclisin Aparatına təqdim etsinlər”.
banner

Oxşar Xəbərlər