• şənbə, 20 Aprel, 12:05
  • Baku Bakı 23°C

“Bizim üçün assosiasiya sazişi məqbul deyil” - Azərbaycan XİN

06.05.14 08:18 1175
“Bizim üçün assosiasiya sazişi məqbul deyil” - Azərbaycan XİN
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Azərbaycanla AB arasında assosiasiya sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı suala nazir müavini belə cavab verib: "Biz demişik ki, bizim üçün assosiasiya sazişi məqbul deyil. Biz daha yüksək səviyyəli bir saziş istəyirik. Bu barədə danışıqlar gedir. AB bu məsələdə hələ ki düşünür".
M. Məmmədquliyev bildirib ki, hazırda təşkilatın əsas müzakirə mövzusu Ukraynadır: “Amma hesab edirik ki, həm Avropa Şurası, həm də Avropa Birliyi digər məsələlərə də diqqət ayırmalıdır"
M. Məmmədquliyev qeyd edib ki, iyunun axırı, iyulun əvvəllərində Azərbaycanla Ümumdünya Ticarət Təşkilatı arasında danışıqlar aparılacaq: “Ümumdünya Ticarət Təşkilatı ilə əlaqədar bizim planımız ondan ibarətdir ki, əgər mümkün olsa iyunun axırı, iyulun əvvəllərində ikitərəfli danışıqlar aparaq. İlin sonuna kimi xeyli iş görmək lazımdır. Ola bilsin işçi qrupunun da iclası keçirilsin və kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlar olsun”.
banner

Oxşar Xəbərlər