• cümə, 29 Mart, 01:25
  • Baku Bakı 7°C

“Bizim tariximizi kim yazacaq?”

26.01.19 16:51 473
“Bizim tariximizi kim yazacaq?”
Yanvarın 27-də 1945-ci ildə nasistlərin Osvensim-Birkenau həbs düşərgəsinin sovet qoşunları tərəfindən azad olunmasının ildönümü qeyd edilir. 2005-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası həmin günü rəsmən Beynəlxalq Holokost Qurbanlarının Xatirə Günü elan edib.
Beynəlxalq Holokost Qurbanlarının Xatirə Günü münasibətilə bu il yanvarın 27-də axşam saat 19-da UNESCO-nun qərargahında "Bizim tariximizi kim yazacaq?” sənədli filmi nümayiş etdiriləcək. Film, eyni zamanda, Vaşinqtondakı Holokost Memorial Muzeyində, Los-Ancelesdəki (ABŞ) Tolerantlıq Muzeyində və Varşavadakı (Polşa) Emmanuel Rinqelblüm adına Yəhudi Tarixi İnstitutunda göstəriləcək. Bu kinolent dünyanın 45 ölkəsində 300-dən çox kinoteatrda, muzeylərdə, UNESCO-nun bürolarında (Təşkilatın qərargahından başqa) və BMT-nin informasiya mərkəzlərində də göstəriləcək.
AZƏRTACUNESCO-nun saytına istinadla xəbər verir ki, rejissor Robert Qrossmanın (ABŞ) və prodüser Nensi Spilberğin (ABŞ) bu sənədli film 1940-cı ilin noyabrında Varşava gettosunda tarixçi Emmanuel Rinqelblüm tərəfindən yaradılmış "Oneq Şabat” gizli qrupunun fəaliyyətinə həsr edilmiş ilk tammetrajlı filmdir. "Oneq Şabat” qrupu 1940-1943-cü illərdə gettoda yaranmış acınacaqlı vəziyyət, həmçinin Polşada yəhudilərin məhv edilməsi haqqında çoxsaylı sübutlar toplaya bilib. 1999-cu ildə Rinqelblümün Arxivi UNESCO-nun "Dünyanın Yaddaşı” Reyestrinə daxil edilib.
Beynəlxalq Holokost Qurbanlarının Xatirə Gününün açılış mərasimi saat 18:30-da başlanacaq. Əvvəlcə UNESCO-nun baş direktoru Odri Azule və Memorialının prezidenti Şoa Erik de Rotşildin çıxış edəcək. Holokostun qurbanlarının ruhuna dualar oxunandan sonra film nümayiş etdiriləcək.
Filmin nümayişindən sonra keçiriləcək dəyirmi masada Robert Qrossman, Nensi Spilberq və amerikalı tarixçi, aşkenazi yəhudilərinin tarixi üzrə mütəxəssis, "Bizim tariximizi kim yazacaq? Varşava gettosunun məxfi arxivləri” kitabının müəllifi professor Samuel Kassov iştirak edəcəklər. Dəyirmi masanın moderatoru UNESCO-nun soyqırımı barəsində maarifləndirmə kafedrasının müdiri Stiven Smitdir. Dəyirmi masa iclası Feysbuk-da birbaşa yayımda translyasiya ediləcək.
banner

Oxşar Xəbərlər