AZE | RUS | ENG |

Bizim istəyimiz əhalinin müraciətlərinə diqqətlə yanaşmaqdır

Bizim istəyimiz əhalinin müraciətlərinə diqqətlə yanaşmaqdır
Bizim istəyimiz əhalinin qaldırdığı məsələlərə, onların müraciətlərinə diqqətlə yanaşmaqdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, Azərbaycan islahatlar aparan və sosial məsələrlə ciddi məşğul olan ölkələrdən biridir.
Komitə sədri bildirib ki, hər bir vətəndaş, vəzifəli adam Azərbaycanda əmin-amanlığı, sabitliyi qorumalıdır:
"Cəmiyyətdə həmişə problemlər, nöqsanlar ola bilər, biz ona nail olmalıyıq ki, Azərbaycanda bu məsələlər həll edilsin. Bizə edilən müraciətlərin çoxu ünvanlı sosial yardımla bağlıdır. Həmin insanların bir hissəsinin müraciətləri aidiyyəti orqanlar tərəfindən müsbət cavablandırılıb”.
H.Rəcəbli bildirib ki, bu gün əhalinin sosial müdafiəsində başlıca yeri məşğulluq tutur: "Biz çalışmalıyıq ki, məşğulluq bir az da geniş vüsət alsın. Burada da kiçik və orta sahibkarlar, investorlara dəstək məsələsi olmalıdır və bunlar hamısı qarşıya qoyulan tələbləridir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda bir sıra investorlarla görüşü zamanı Azərbaycanda münbit investisiya mühitinin olduğu bildirilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6306
GBP 1 1 İngiltərə funt sterlinqi 2.209
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.675
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2915