• cümə axşamı, 25 aprel, 02:22
  • Baku Bakı 19°C

“Bizim istedadlar” sərgisinin təşkili layihəsi davam edir

23.06.15 14:24 1096
“Bizim istedadlar” sərgisinin təşkili layihəsi davam edir
“Bizim istedadlar” sərgisinin təşkili fərdi layihəsi bu ilin may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilməyə başlayıb. Fərdi layihənin müəllifi Emin Pənəhovdur.
Layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif səbəblərdən təhsildən kənarda qalan yeniyetmə və gənclər arasında həyat bacarıqlarının inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdi. Layihənin vəzifələri qeyd edilən qruplar arasında həyat bacarıqları barədə geniş məlumatların yayılması, onlar arasında istedadlıların seçilməsi, bu cür şəxslərin bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş təlimlərin və kursların təşkili, sonra həmin təlimlər və kurslarda hazırlanan əl işlərindən ibarət sərginin keçirilməsidir. Layihədən Bakıda olan sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclər faydalanacaqlar.
May ayında ümumi sayı 60 nəfər və yaş qrupu 14-17 yaşı əhatə edən gənclərdən ibarət müxtəlif qruplar formalaşmış və onlara seçim zamanı iştirakçıların layihəyə olan maraqları, ümumi görüş və ilkin söhbət nəticəsində əldə edilən nəticələrə görə çıxarılan qərara əsaslanılanmışdır. Seçimdə gender balansı və yaş həddi də nəzərə alınmışdı. Hər qrupda 20 nəfər olmaqla, ümumilikdə 3 qrupda keçirilən təlimlərdə uşaqlara müxtəlif əl işlərinin hazırlanma metodları nəzəri formada öyrədildi.
İyun ayı ərzində isə kurslar zamanı təlimlərdə əldə olunmuş biliklər praktik olaraq həyata keçirildi, daha kiçik qruplarda uşaqlar gələcəkdə layihə çərçivəsində təşkili planlaşdırılan sərgiyə müxtəlif ölçülü və formalı əl işləri hazırladılar.
Kurslar zamanı hazırlanmış əl işlərindən ibarət “Bizim istedadlar” sərgisinin təşkili iyulda – layihənin icrasının sonuncu ayında planlaşdırılır. Sərgiyə dəvət edilən müxtəlif qonaqları oradakı işlərin müəllifləri ilə tanış etmək, onların gələcək fəaliyyətlərinə dəstək olmağa yardım etmək nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2015-ci ilin iyul ayında yekunlaşacaq.
banner

Oxşar Xəbərlər