• şənbə, 20 Aprel, 06:07
  • Baku Bakı 14°C

“Bizi sakit buraxın, vaxt verin”

06.12.18 12:30 716
“Bizi sakit buraxın, vaxt verin”
Premyer Liqanın 15-ci turunda "Mançester Yunayted” öz meydanında "arsenal”la qarşılaşıb və oyun heç-heçə başa çatıb – 2:2.
Kaspi.az xəbər verir ki, "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo oyundan sonra fikirlərini bildirib. O, komandasından razı qaldığını, ancaq çatışmayan cəhətlərinin də olduğunu vurğulayıb:
"Bu "Mançester Yunayted”i Roy Kin, Ruud van Nisterloy, Nemanya Vidiçin vaxtındakı komanda ilə müqayisə edənlərlə razılaşmıram. Bizi sakit buraxın, vaxt verin.
Komandamın oyun ruhundan razıyam. Amma hələ ki, bizdə sabitlik çatışmır. Futbolçularım bu gün də var qüvvələri ilə mübarizə apardılar.
Smollinq zədəli oynadı, Reşford bu forma üçün meydanda hər şey etdi. "Arsenal” o vaxt təhlükəli olurdu ki, biz müəyyən mövqelərə nəzarəti əldən verirdik. Futbolçularım var qüvvələri ilə mübarizə apardılar və oyundan sonra yorğun görünürdülər”.
banner

Oxşar Xəbərlər