• şənbə, 20 Aprel, 03:56
  • Baku Bakı 15°C

Bizdə kollektivçilik ruhu var? – Müzakirə

13.01.17 12:00 5026
Bizdə kollektivçilik ruhu var? – Müzakirə

"Tam əminliklə deyə bilərəm ki, bizim şagirdlər amerikalı şagirdlərdən bacarıq, qabiliyyət, riyazi təfəkkür, məntiq baxımından çox-çox irəlidədir. Əskik olan komanda ruhudur. Biz azərbaycanlılarda belə bir xüsusiyyət var ki, orta məktəbdən ta istehsalata gedənəcən adətən komanda olaraq işləməyi çox da bacarmırıq. Bizdə bircə problem komanda ruhunun olmamasıdır, amma fərdi baxımdan azərbaycanlı gənclər həm yaponiyalı, həm də amerikalı gənclərdən çox yüksəkdədir”.
Bu sözləri bizimlə söhbətində "Uğur hekayə”si rubrikamızın qəhrrəmanıHeydər Əliyev adına Neft Emalı Zavodunda böyük mühəndis, Xəzər Universiteti və Bakı Ali Neft Məktəbinin müəllimi və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadəbildirdi. Qeyd edək ki, R.Rəsulzadə 10 ilə yaxın Amerikada yaşayıb və orta məktəblərdə şagirdləri robotexnika sahəsində olimpiadalara hazırlayaraq onların ən yaxşı yerləri tutmasına nail olub, həmçinin 6 ay yaponiyada yaşayıb.


Ə.Kazımovun fikrincə, kollektivçilik ruhunun formalaşması məktəbdən başlayır: "Çünki artıq məktəbdə oxuyarkən uşaqlar qrup şəklində hansısa işlər görürlər və bununla da onlarda kollektiv şəkildə işləmək vərdişi formalaşır. Artıq uşaqlar kiçik yaşlarından başa düşürlər ki, təkbaşına uğur qazanmaları çətin olar, mütləq kollektivlə işləməli, problemin həllini bir neçə nəfərlə bölüşüb düzgün qərar verə bilərlər. Sizə başqa bir misal çəkim. İnternetdə Yaponiyada bir məktəbdə 10 yaşlı uşaqların gimnastika dərsini çəkiblər. 30 uşağın hamısı bir-bir idman qurğusunun üzərindən hoppanmalı idi. Uşaqlardan biri nə qədər cəhd etsə də, tullana bilmirdi və 20 dəqiqə 30 uşaq səbrlə sininf yoldaşlarının nə zaman tullanacağını gözləyirdi. Nəhayət 20 dəqiqədən sonra həmin uşağın cəhdi alındı və bütün uşaqlar onu qucaqlayıb təbrik etdilər. sizcə, bizim orta məktəblərdə uşaqlar yoldaşlarının 20 dəqiqə yox, beşcə dəqiqə gözləyərdimi?”.
Müsahibimiz uşaqlıqdan uşaqlarda kollektivçilik ruhunun inkişaf etdirilməsini vacib sayır: "Uşaqlara paylaşmağı öyrətmək lazımdır. İki konfeti varsa, birini dopstuna, iki paltarı varsa o birini dostuna verməyi öyrətməliyik. Bizdə əfsuslar olsun ki, paylaşmaq, kollektiv iş görmək mədəniyyəti sıfırdır. Bu isə bizi uçuruma aparır. Məhz buna görə cəmiyyətdə intihar halları, criminal hadisələr çoxalır”.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər