Bizdə kollektivçilik ruhu var? – Müzakirə
"Tam əminliklə deyə bilərəm ki, bizim şagirdlər amerikalı şagirdlərdən bacarıq, qabiliyyət, riyazi təfəkkür, məntiq baxımından çox-çox irəlidədir. Əskik olan komanda ruhudur. Biz azərbaycanlılarda belə bir xüsusiyyət var ki, orta məktəbdən ta istehsalata gedənəcən adətən komanda olaraq işləməyi çox da bacarmırıq. Bizdə bircə problem komanda ruhunun olmamasıdır, amma fərdi baxımdan azərbaycanlı gənclər həm yaponiyalı, həm də amerikalı gənclərdən çox yüksəkdədir”.
Bu sözləri bizimlə söhbətində "Uğur hekayə”si rubrikamızın qəhrrəmanıHeydər Əliyev adına Neft Emalı Zavodunda böyük mühəndis, Xəzər Universiteti və Bakı Ali Neft Məktəbinin müəllimi və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadəbildirdi. Qeyd edək ki, R.Rəsulzadə 10 ilə yaxın Amerikada yaşayıb və orta məktəblərdə şagirdləri robotexnika sahəsində olimpiadalara hazırlayaraq onların ən yaxşı yerləri tutmasına nail olub, həmçinin 6 ay yaponiyada yaşayıb.
Müsahibimiz uşaqlıqdan uşaqlarda kollektivçilik ruhunun inkişaf etdirilməsini vacib sayır: "Uşaqlara paylaşmağı öyrətmək lazımdır. İki konfeti varsa, birini dopstuna, iki paltarı varsa o birini dostuna verməyi öyrətməliyik. Bizdə əfsuslar olsun ki, paylaşmaq, kollektiv iş görmək mədəniyyəti sıfırdır. Bu isə bizi uçuruma aparır. Məhz buna görə cəmiyyətdə intihar halları, criminal hadisələr çoxalır”.
Lalə MUSAQIZI