• cümə axşamı, 25 aprel, 08:55
  • Baku Bakı 14°C

"Biz tələb edirik ki, Dağlıq Qarabağ danışıqlarında konkret nəticələr olsun"

15.11.17 13:55 1372
"Biz tələb edirik ki, Dağlıq Qarabağ danışıqlarında konkret nəticələr olsun"
"Bu gün axşam Moskvaya yola düşürəm. Sabah həmsədrlərlə görüş olacaq".

APA-nın məlumatına görə, bunu xarici işlər naziriElmar MəmmədyarovBraziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Rusiyanın xarici işlər naziriSergey Lavrovisə noyabrın 19-20-də Bakıda səfərdə olacaq.

"Müzakirə olunacaq məsələlər masa üstündədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticələr olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Bu mövqe ilə Moskvaya gedirəm.

Münaqişənin həllinin vaxtı çatıb. Hamı bilir ki, danışıqlar nəticəli olmalı, məcburi köçkünlər geri qaytarılmalı və sülh bərpa edilməlidir. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək".
banner

Oxşar Xəbərlər