AZE | RUS | ENG |

Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq

Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
"Mən şəxsən öz adımdan və Azərbaycan parlamenti ilə qarşılıqlı fəaliyyət göstərən deputat qrupu adından 1990-cı ilin yanvarında baş vermiş müdhiş faciə ilə bağlı başsağlığı vermək istərdim”, - deyə Rusiya-Azərbaycan parlamentlərarası qrupun rəhbəri Dmitri Savelyev Azərbaycanın Moskvadakı səfirliyində "Qara Yanvar” qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdəki çıxışında bildirib.
 
AZƏRTAC xəbər verir ki, deputat bir həftə əvvəl Bakıya səfəri zamanı Şəhidlər xiyabanını ziyarət etməsindən, həlak olanların başdaşılarında əks olunan simalarına diqqətlə baxmasından danışıb. "Onlar günahsız insanlar - kişilər, qadınlar, uşaqlar idi. Onlar həm azərbaycanlılar, həm ruslar, müxtəlif millətlərin nümayəndələri, Sovet İttifaqının vətəndaşları idilər. Onlar həmin gecə eyni amalla ədalətsizliyə qarşı etiraz etmək üçün çıxmışdılar”, - deyə deputat xatırladıb.
 
D.Savelyev hələ də bu hadisələrə lazımi siyasi qiymət verilmədiyini qeyd edib: "Əfsuslar olsun ki, bu dəhşətli fakta, SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun əməllərinə lazımi qiymət verilməyib. Mən fikirləşirəm, Sovet İttifaqının o vaxtkı lideri belə cinayətkar əmri necə verə bilərdi? Bu, xalqa qarşı cinayətkarlıqdır. Hazırda isə Nobel mükafatı laureatı Mixail Qorbaçov yaşayır və sağ-salamatdır. Əgər o vaxt dahi Heydər Əliyev Sovet İttifaqının rəhbəri olsaydı, bu, heç vaxt baş verməzdi. Yəqin ki, Sovet İttifaqı qorunub saxlanılardı, başqa bir ölkəyə çevrilə bilərdi”.
 
Siyasətçi vurğulayıb ki, hazırda bizim iki müstəqil dövlətimizə güclü liderlər rəhbərlik edir. Onlar buna bənzər faciələrə heç vaxt imkan verməzlər. "Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq. Nə qədər ki, biz sizinlə bunu xatırlayırıq, dövlətlərimizin ərazisində bu cür faciələr heç vaxt baş verməyəcək”, - deyə D.Savelyev bildirib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219