“Biz hamımız Neymarıq“ - Flaşmob
Trend-in Braziliya KİV-nə istinadən verdiyi xəbərə görə, "Biz hamımız Neymarıq" aksiyası çərçivəsində azarkeşlər Almaniya ilə keçiriləcək yarımfinal oyununa Neymar maskaları ilə gələcəklər. Bununla onlar yerli komandanın hücumçusu Neymara dəstək olacaqlar.
Qeyd edək ki, braziliyalı ulduz 1/4 final mərhələsi çərçivəsində keçirilən Braziliya-Kolumbiya (2:1) oyununda rəqib müdafiəçi Xuan Kamilo Sunyiqo ilə toqquşma zamanı belindən zədələnmişdi.
Qeyd edək ki, braziliyalı ulduz 1/4 final mərhələsi çərçivəsində keçirilən Braziliya-Kolumbiya (2:1) oyununda rəqib müdafiəçi Xuan Kamilo Sunyiqo ilə toqquşma zamanı belindən zədələnmişdi.