AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Biz ədalət istəyirik, amma bu, baş vermir” - Novruz Məmmədov

“Biz ədalət istəyirik, amma bu, baş vermir” - Novruz Məmmədov

Siyasət
27 Aprel 2016, 09:35 1892
“Beynəlxalq hüquqa ədalət mənbəyi kimi baxırıq. ATƏT-in Minsk Qrupu, yəni vasitəçilər heç vaxt demir ki, münaqişə beynəlxalq hüquq əsasında həll olunmalıdır”.

APA-nın məlumatına görə, bunu Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda keçirilən bölmə iclasında Prezident Administrasiyası rəhbərinin müavini, PA Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Liviya ilə bağlı BMT qətnaməsinin dərhal icra olunduğunu xatırladan N. Məmmədov Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən heç kimin danışmadığını bildirib: “Beynəlxalq hüquqdan danışılmadığı üçün bir çox regionlarda və Azərbaycanda belə durum mövcuddur. Biz ədalət istəyirik, amma bu, baş vermir. Çünki aparıcı dövlətlər bunu istəmir”.