• çərşənbə axşamı, 23 aprel, 10:32
  • Baku Bakı 20°C

“Biz bu iyerarxiyada təmsil olunmuruq”

09.06.20 13:30 778
“Biz bu iyerarxiyada təmsil olunmuruq”
"Mançester Siti”nin futbolçusu Rahim Sterlinq dünyadakı rsizm hərəkətləri barədə danışıb.
Kaspi.az xəbər verir ki, Sterlinq İngiltərə futbolunda da rsizmin olduğunu vurğulayıb. O, fikrini təsdiqləmək üçün maraqlı nümunə göstərib:
"Stiven Cerrard, Frenk Lempard, Sol Kempbell, Eşli Koul. Bu futbolçuların hər birinin möhtəşəm karyerası olub, İngiltərə yığmasının şərəfini qoruyublar.
Və onların hər biri məşqçi lisenziyası alıblar ki, yüksək səviyyədə çalışa bilsinlər. Amma onların arasında iki nəfər öz potensiallarını göstərmək üçün heç bir şans əldə edə bilməyiblər. O iki nəfərin hər ikisi qaradərilidir.
Premyer Liqada 500-ə yaxın oyunçu var və onların üçdə biri qaradərilidir. Amma biz nə bu iyerarxiyada, nə də məşqçilər korpusunda təmsil olunmuruq.
Ünsiyyət qura, danışa biləcəyimiz insanların sayı çox azdır. Bu etirazlar yaxşıdır, amma biz yenə də, sadəcə danışırıq. Həqiqətən də dəyişikliklər istəyiriksə, real müzakirələrə başlamalıyıq”.
banner

Oxşar Xəbərlər