• cümə axşamı, 25 aprel, 17:39
  • Baku Bakı 23°C

Bitkoin ucuzlaşmaqda davam edir - 6,5 min dollar

09.08.18 09:15 473
Bitkoin ucuzlaşmaqda davam edir - 6,5 min dollar
Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.
Trend-in məlumatına görə, bitkoinin qiyməti bu gün 6,5 min dollar həddindən aşağı düşüb.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 6,89% azalaraq 6,49 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti də ucuzlaşıb. Belə ki, "Ethereum" 8,59% və ya 371,85 dollaradək, "Ripple" 15,2% (0,3473 dollara qədər), "Bitcoin Cash" isə 10,32% (621,31 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 230,27 milyard dollar təşkil edir və bunun 48,5% faizi bitkoinin payına düşür.
banner

Oxşar Xəbərlər