• cümə, 29 Mart, 01:37
  • Baku Bakı 7°C

Bitkoin cüzi bahalaşıb

14.08.18 09:10 557
Bitkoin cüzi bahalaşıb
Dünyada ən populyar kriptovalyuta olan bitkoin bir qədər bahalaşıb.
Trend-in məlumatına görə, bitkoin bu gün 6,4 min dollar ətrafında alınıb satılır.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,38% artaraq 6,44 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 2,45% və ya 318,86 dollaradək ucuzlaşıb, "Ripple" 1,33% (0,3037 dollara qədər) ucuzlaşıb, "Bitcoin Cash" isə 0,28 (578,35 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 216,02 milyard dollar təşkil edir və bunun 51,2% faizi bitkoinin payına düşür.
banner

Oxşar Xəbərlər