• çərşənbə, 24 Aprel, 00:01
  • Baku Bakı 14°C

Bitkoin 7 min dollardan düşdü

08.08.18 10:00 475
Bitkoin 7 min dollardan düşdü
Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşır.
Trend-in məlumatına görə, bitkoinin qiyməti bu gün 7 min dollardan aşağı düşüb.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,67% azalaraq 6,974 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti də ucuzlaşıb. Belə ki, "Ethereum" 1,13% və ya 406,82 dollaradək, "Ripple" 4,81% (0,4095 dollara qədər), "Bitcoin Cash" isə 2,02% (693,63 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 251,86 milyard dollar təşkil edir və bunun 47,6% faizi bitkoinin payına düşür.
banner

Oxşar Xəbərlər