• çərşənbə, 24 Aprel, 22:00
  • Baku Bakı 23°C

Bitkoin 6 min dollaradək ucuzlaşıb

15.08.18 09:00 457
Bitkoin 6 min dollaradək ucuzlaşıb
Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşıb.
Trend-in məlumatına görə, bitkoin bu gün 6 min dollar həddinədək enib.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 6,35% azalaraq 6,013 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti də kəskin ucuzlaşıb. Belə ki, "Ethereum" 17,08% və ya 264,74 dollaradək, "Ripple" 13,37% (0,2637 dollara qədər) ucuzlaşıb, "Bitcoin Cash" isə 14,65 (493,99 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 191,94 milyard dollar təşkil edir və bunun 53,9% faizi bitkoinin payına düşür.
banner

Oxşar Xəbərlər