• cümə, 29 Mart, 17:22
  • Baku Bakı 14°C

Bişkəkdə Heydər Əliyevlə bağlı kitabın təqdimatı keçiriləcək

08.12.14 13:05 1030
Bişkəkdə Heydər Əliyevlə bağlı kitabın təqdimatı keçiriləcək
Qırğızıstanın paytaxtı Bişkək şəhərində ümummilli lider Heydər Əliyevlə bağlı yeni kitabın təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı “Kaspi”yə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov verib. Onun sözlərinə görə, dekabrın 11-də Bişkekdəki Çingiz Aytmatov adına kitabxanada Muxtar Şaxanovun yazdığı “Həqiqət formulu və məhəbbətin Everest zirvəsi” kitabının təqdimatı baş tutacaq. Kitab Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Kitabın təqdimat mərasimi Ulu Öndər Heydər Əliyevin anım gününə və Çingiz Aytmatovun doğum gününə həsr edilir. Kitabda böyük bir başlıq ulu öndər Heydər Əliyevə həsr olunub. Təqdimat mərasimində Qırğızıstanın tanınmış simaları iştirak edəcəklər.
Kaspi.az
banner

Oxşar Xəbərlər