• cümə axşamı, 18 aprel, 19:48
  • Baku Bakı 21°C

Bişkekdə Heydər Əliyev Parkı salınacaq

08.03.19 09:38 528
Bişkekdə Heydər Əliyev Parkı salınacaq
Azərbaycanın Qırğızıstandakı səfirliyi və Bişkek şəhər Bələdiyyəsi arasında paytaxtda Heydər Əliyev Parkının və orta məktəbin tikilməsi ilə bağlı memorandum imzalanıb.
AZƏRTACQırğızıstanın "Kabar” Milli İnformasiya Agentliyinə istinadla xəbər verir ki, sənədləri Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov və Bişkekin meri Aziz Surakmatov imzalayıblar.
Memoranduma əsasən, bələdiyyə səfirliyə Tokombayev küçəsində 5,5 hektar ərazidə Heydər Əliyev adına park salınması, "Kok Jar” yaşayış sahəsində isə 550 şagird yeri olan orta məktəbin tikintisi üçün 2,24 hektar torpaq sahəsi ayırıb.
Bələdiyyə qüvvədə olan qanunvericiliyə əsasən, obyektlərin tikintisi zamanı arxitektura-plan və mühəndis texniki sənədlərin hazırlanması, layihələrin müxtəlif instansiyalarda razılaşdırılmasına dəstək göstərəcəyini bildirib.
Deyilib ki, hər iki obyekt Azərbaycanın vəsaiti hesabına tikiləcək.
banner

Oxşar Xəbərlər