AZE | RUS | ENG |

Bişkekdə Heydər Əliyev Parkı salınacaq

Bişkekdə Heydər Əliyev Parkı salınacaq
Azərbaycanın Qırğızıstandakı səfirliyi və Bişkek şəhər Bələdiyyəsi arasında paytaxtda Heydər Əliyev Parkının və orta məktəbin tikilməsi ilə bağlı memorandum imzalanıb.
AZƏRTAC Qırğızıstanın "Kabar” Milli İnformasiya Agentliyinə istinadla xəbər verir ki, sənədləri Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov və Bişkekin meri Aziz Surakmatov imzalayıblar.
Memoranduma əsasən, bələdiyyə səfirliyə Tokombayev küçəsində 5,5 hektar ərazidə Heydər Əliyev adına park salınması, "Kok Jar” yaşayış sahəsində isə 550 şagird yeri olan orta məktəbin tikintisi üçün 2,24 hektar torpaq sahəsi ayırıb.
Bələdiyyə qüvvədə olan qanunvericiliyə əsasən, obyektlərin tikintisi zamanı arxitektura-plan və mühəndis texniki sənədlərin hazırlanması, layihələrin müxtəlif instansiyalarda razılaşdırılmasına dəstək göstərəcəyini bildirib.
Deyilib ki, hər iki obyekt Azərbaycanın vəsaiti hesabına tikiləcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311