• şənbə, 20 Aprel, 04:05
  • Baku Bakı 15°C

Birmingem Universitetinin internet-jurnalında Qarabağ problemi haqda məqalə

07.02.14 15:30 1451
Birmingem Universitetinin internet-jurnalında Qarabağ problemi haqda məqalə
Böyük Britaniyanın Birmingem Universitetinin Dövlət İdarəetməsi fakültəsində təhsil alan azərbaycanlı tələbə Savalan Süleymanlının “Konfliktlər mədəni irsə necə təhlükə törədir: Dağlıq Qarabağ konfliktinin acı gerçəkləri” (“How Conflicts Pose a Threat to Cultural Heritage: Bitter Realities of the Nagorno-Karabakh Conflict”) adlı məqaləsi dünyada məşhur olan bu universitetin 11 dildə yayımlanan internet-jurnalında (http://thelinguistmagazine.org) çap edilmişdir.
Gənc müəllif Qarabağ probleminə beynəlxalq hüquq, ümumbəşəri dəyərlər və insan hüquqları kontekstində yanaşmış, Qarabağı müstəqil bir dövlətin – Azərbaycanın işğal edilmiş bir ərazisi olaraq faciəsinə beynəlxalq diqqəti yönəltməyə çalışmış, bu faciənin müasir dünyanın demokratiya və dövlətlərarası münasibətlər, mədəniyyət irsinə ehtiram əxlaqına sığmadığını göstərmişdir. Məqalə Birmingem Universitetinin tarixində ilk dəfə olaraq Qarabağın işğalı və milli mədəniyyət dəyərlərinin məhv edilməsi faktına belə realist münasibətin bildirilməsi baxımından əhəmiyyət kəsb edir.
banner

Oxşar Xəbərlər