• şənbə, 20 Aprel, 03:38
  • Baku Bakı 15°C

Birlik və həmrəylik nümayişi, vətəndaşlıq borcu

01.04.20 16:57 584
Birlik və həmrəylik nümayişi, vətəndaşlıq borcu
Azərbaycan dövləti, onun müvafiq strukturları, o cümlədən həkimlər, polislər, hərbçilər koronavirus pandemiyası və onun mənfi təsirləri ilə mübarizədə əsl fədakarlıq nümayiş etdirir, vətəndaşlara xidmət göstərirlər. Bununla yanaşı, dövlətin dəstəyi ilə həssas sosial qruplardan olan insanlara müxtəlif formada yardımlar edilir.Növbədənkənar parlament seçkilərində 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizəd olmuş bir neçə şəxs də bu təşəbbüsə,Prezident İlham Əliyevin birlik və bərabərlik çağırışına səs verərək,karantin rejiminə görə evdən çıxa bilməyən, aztəminatlı bir qrup yaşlı vətəndaşlarımızı evlərində ziyarət edib, ümumilikdə 25 ailəyə zəruri qida məhsulları çatdırıblar. Bununla onlar öz vətəndaşlıq borcunu yerinə yetirməyə, ölkə başçısının "Biz birlikdə güclüyük!" şüarına dəstək olmağa çalışıblar.
banner

Oxşar Xəbərlər