• cümə axşamı, 25 aprel, 21:06
  • Baku Bakı 21°C

Birləşmiş Ştatların neft ehtiyatları geriləyib

18.04.19 13:00 360
Birləşmiş Ştatların neft ehtiyatları geriləyib
ABŞ-ın xam neft ehtiyatları azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 1,4 milyon barrel (0,3 faiz) geriləyərək 455,2 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 7 milyon barrel çoxalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə dəyişməyərək 649,1 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1,2 milyon barrel (0,5 faiz) azalaraq 228 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,1 milyon barrel geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 7,7 milyon barrel azalmışdı.
banner

Oxşar Xəbərlər