• cümə axşamı, 25 aprel, 18:35
  • Baku Bakı 21°C

Birləşmiş Ştatların neft ehtiyatları artıb

08.11.18 13:15 958
Birləşmiş Ştatların neft ehtiyatları artıb
ABŞ-ın neft ehtiyatları 431 milyon barreli keçib.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,78 milyon barrel artaraq 431,79 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 2 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə isə ölkədəki neft ehtiyatları 3,2 milyon barrel artmışdı.
EIA ABŞ-ın neft depolama və paylama mərkəzi olan Cushing ilə Oklahomadakı xam neft ehtiyatlarının 2,42 milyon barrel artdığını açıqlayıb.
banner

Oxşar Xəbərlər