• cümə axşamı, 25 aprel, 02:45
  • Baku Bakı 19°C

Birləşmiş Ştatların neft ehtiyatları 396,2 milyon barrelə düşüb

13.09.18 14:45 461
Birləşmiş Ştatların neft ehtiyatları 396,2 milyon barrelə düşüb
ABŞ-ın xam neft ehtiyatları azalmaqda davam edir.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,3 milyon barrel (1,3 faiz) azalaraq 396,2 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,3 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 4,3 milyon barrel geriləmişdi.
ABŞ-ın strateji neft ehtiyatları keçən həftə də dəyişməyərək 660 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 1,3 milyon barrel (0,5 faiz) artaraq 235,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,4 min barrel artacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,8 milyon barrel artmışdı.
banner

Oxşar Xəbərlər