• çərşənbə, 24 Aprel, 06:33
  • Baku Bakı 13°C

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır

02.11.19 13:51 1112
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 8 ədəd azalaraq 822 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 245 ədəd azalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 5 ədəd geriləyərək 691 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 183 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı da 3 ədəd azalaraq 130 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 63 ədəd geriləyib.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.
banner

Oxşar Xəbərlər