AZE | RUS | ENG |


Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar olub

Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar olub
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub.

"Report"un məlumatına görə, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Altay Həsənov Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin olunub, həmçinin digər təyinatlar həyata keçirilib.

Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin strukturu belədir: 

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev

Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov

Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev (Y.Məmmədəliyev həm də Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiridir).

Xatırladaq ki, bu il mayın 21-də Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002