• çərşənbə axşamı, 16 aprel, 18:01
  • Baku Bakı 18°C

Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində Azərbaycanda uşaqlar üçün gözəl şərait yaradılıb

30.11.19 17:38 828
Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində Azərbaycanda uşaqlar üçün gözəl şərait yaradılıb
Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Binəqədi rayonunda yerləşən 141 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Bu körpələr evi-uşaq bağçası üçün bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. 1980-ci ildən fəaliyyət göstərən bina buna qədər təmir edilməyib. Beş min kvadratmetrdən çox ərazisi olan 3 korpusdan ibarət körpələr evi-uşaq bağçası təmirdən əvvəl 8 qrupda 150 uşağa xidmət göstərirdi. Yeni binada isə artıq 210 yerlik körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Burada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları və digər otaqlar var. İkimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib.
Məktəbəqədər təhsil müəssisəsində yeddisı Azərbaycan, dördü isə rusdilli bölmə olmaqla, ümumilikdə, 11 qrup fəaliyyət göstərir. Körpələr evi-uşaq bağçasında 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 42 nəfərdən ibarət peşəkar heyət məşğul olur.
Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlıqları da var. Bir sözlə, bu müəssisədə uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli lazımi şərait yaradılıb.
Trend-in müxbirləri 141 saylı körpələr evi-uşaq bağçasında olublar.
Bağçanın direktoru Sevinc Zeynalova Trend-ə bildirib ki, 1980-ci ildə fəaliyyətə başlayan bağçanın əsaslı təmirə ehtiyacı vardı:
"Bağca artıq bir necə aydır ki, əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. Açılışda şəxsən Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva iştirak ediblər. Bağça çox gözəl təmir edilib, burada uşaqlarımız üçün gözəl şərait yaradılıb. Kollektivimizin, valideynlərin adından, şəxsən özümün adından Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm ki, bizə belə qayğı göstərir”.
Bağcanın metodisti Aynurə Abbasova Trend-ə bildirib ki, bağçada uşaqların maraqlarına uyğun hər cür şərait yaradılıb:
"Burada musiqi zalı, idman zalı var, əyləncə üçün bütün vəsaitlər təmin olunub. Biz Mehriban Əliyevaya gələcəyimiz olan uşaqlar üçün belə bir şərait yaratdığı, bağçanı gözəl təmir etdirdiyi üçün valideynlərimizin adından çox təşəkkür edirik”.
Valideyn Nigar Əsədzadə bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində Azərbaycanda uşaqlar üçün gözəl şərait yaradılıb:
"Məhz bu şəraiti yaratdığına görə bir ana kimi Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Bağçadakı şərait çox yaxşıdır, mən buradan çox razıyam. İstilik sistemi ilə təchizat, gündəlik qidalanma rejimi, uşaqlarla intellektual oyunların keçirilməsi, onlarla yaradıcılıq baxımından işin qurulması - bütün bunlar çox yaxşı təşkil edilib. Mən bundan bir ana kimi çox məmnunam”.
Valideyn Ruqiyə Əzizova da bütün valideynlər adından Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib:
"Burada bir nöqsan yoxdur ki, valideyn gəlib irad bildirsin və öz narahatlığını desin. Bu bağçaya səhər o qədər axın olur ki! Bütün analar, hətta işləməyən analar belə öz uşaqlarını bu təmirli bağçaya çox rahatlıqla qoyub gedirlər və uşaqları ilə bağlı narahatlqıları olmur, özlərini bu baxımdan rahat hiss edirlər”.
Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində Azərbaycanda uşaqların sağlam yetişməsi, onların ölkəmizin etibarlı gələcəyinə töhfələr verə bilməsi üçün yetərincə işlər görülür. Uşaq və gənclərə qayğını dövlət siyasətinin prioritet istiqamətlərindən biri seçən Azərbaycan dövləti onların hazırkı həyat şəraitlərinin yaxşılaşmasına çalışmaqla yanaşı, gələcəklərini də daim diqqət mərkəzində saxlayır.
Fəaliyyətini humanizm və insanpərvərlik prinsipləri əsasında quran Mehriban Əliyeva cəmiyyətin bütün təbəqələrinə, o cümlədən ölkəmizin gələcəyi olan uşaqlara, onların təhsilinə və təlim tərbiyyəsinə xüsusi həssaslıq və tələbkarlıqla yanaşır.
Uşaqlara qayğı göstərilməsini ən əsas vəzifəsi hesab edən Mehriban Əliyevanın gördüyü bütün işlər, onun təşəbbüsü ilə atılan addımlar uşaqların yalnız xoşbəxt gələcəyinin qurulmasına xidmət edir. Mehriban Əliyevanın amalı uşaqları gələcəkdə mənəvi və fiziki cəhətdən sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir.
Buna nail olmaq üçün indiyədək Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində artıq bir çox ərazilərdə yüzlərlə yeni məktəb binaları, uşaq bağçaları tikilib və təmir olunub.
Bu genişmiqyaslı iş - Azərbaycanda həyata keçirilən çoxsaylı sosial islahatların, insanlara olan bitib-tükənməyən qayğısının bir nümunəsi kimi də dəyərləndirmək olar.
banner

Oxşar Xəbərlər