AZE | RUS | ENG |

Birinci vitse-prezident Mehriban Əliyeva xəstəliklərdən əziyyət çəkən qadının müalicəsi üçün tapşırıq verib

Birinci vitse-prezident Mehriban Əliyeva xəstəliklərdən əziyyət çəkən qadının müalicəsi üçün tapşırıq verib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib.

Trend-in məlumatına görə, hazırda Bakıda xəstəxanaya yerləşdirilən N.Musayevanın əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.
 
 

Eyni zamanda, N.Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib. Belə ki, N.Musayevanın əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra ona əlilliyə görə aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq, öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək.
 





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933