• cümə, 29 Mart, 17:34
  • Baku Bakı 14°C

Birinci vitse-prezident Mehriban Əliyeva Rişar Ferran ilə görüşüb

13.03.19 09:07 475
Birinci vitse-prezident Mehriban Əliyeva Rişar Ferran ilə görüşüb
Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Respublikası Milli Assambleyasının sədri Rişar Ferran ilə görüşü olub.
Fransa Milli Assambleyasının sədri Rişar Ferran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşıladı.
Mehriban Əliyeva Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşdü.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Milli Assambleyasının sədri Rişar Ferranın görüşü oldu. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edildi.
Rişar Ferran ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafında maraqlı olduqlarını bildirdi. O, zəngin tarixə və mədəniyyətə malik ölkəmizin Fransada daha yaxşı tanıdılması üçün fransız deputatların Azərbaycana səfərlərinin əhəmiyyətini vurğuladı.
Birinci vitse-prezident Mehriban Əliyeva ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmindən danışdı, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Mehriban Əliyeva bu cür səfərlərin ölkəmizi daha yaxından tanımaq və Azərbaycan həqiqətlərini fransız ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət yaratdığını bildirdi. Mehriban Əliyeva milli dəyərlərə sadiq olan ölkəmizdə tarixlə müasirliyin gözəl sintezinin yaradıldığını diqqətə çatdırdı.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının sədri Rişar Ferranı Bakıya səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.
banner

Oxşar Xəbərlər