Mehriban Əliyeva: Azərbaycan postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdəndir

Mehriban Əliyeva: Azərbaycan postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdəndir

Siyasət
23 Sentyabr 2019, 10:15 730
Azərbaycan postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdəndir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının (IAEA 2019) iştirakçılarına ünvanladığı müraciətdə deyib.
Müraciəti konfransın açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.