AZE | RUS | ENG |

Mehriban Əliyeva: Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq

Mehriban Əliyeva: Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq
Birinci vitse-prezident: Aprel döyüşləri bunu bir daha bütün dünyaya nümayiş etdirdi

Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.
Trend-in məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu barədə fikirləri rəsmi "Instagram” səhifəsində yazılıb:
"Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.
Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN