• cümə axşamı, 28 mart, 23:13
  • Baku Bakı 13°C

Birinci rübdə neft nəhənglərinin mənfəəti azalıb

22.05.19 15:30 549
Birinci rübdə neft nəhənglərinin mənfəəti azalıb
Dünyanın ən böyük 12 neft şirkətinin ("ExxonMobil”, "Chevron”, "ConocoPhillips”, "Halliburton”, "Schlumberger”, "Baker Hughes”, "Royal Dutch Shell”, BP, "Total”, "Eni”, "Rosneft”, "Equinor”) xalis mənfəəti cari ilin ilk rübündə keçən ilin eyni dövrünə görə 4,4 faiz azalaraq 23,6 milyard dollar olub. Ötən ilin birinci rübündə bu şirkətlər 24,7 milyard dollar xalis mənfəət əldə ediblər.
AZƏRTACxəbər verir ki, həmin şirkətlərin ümumi gəlirləri isə müvafiq dövrdə 4,6 faiz azalaraq 393,5 milyard dollara düşüb. Ötən ilin birinci rübündə bu göstərici 412,6 milyard dollar idi.
Neft nəhənglərindən birinci rübdə ən çox mənfəət əldə edən şirkət 6 milyard dollar ilə "Royal Dutch Shell” olub. Bu şirkəti 3,11 milyard dollarlıq mənfəətlə "Total”, 2,65 milyard dollarla "Chevron” izləyib. Hesabat dövründə 85,66 milyard dollar olmaqla ən çox gəlir əldə edən şirkət də "Shell” olub. BP 67,41 milyard dollar, "ExxonMobil” isə 63,62 milyard dollar gəlir əldə edib.
Şirkətlərin gəliri və xalis mənfəəti xam neftin qiymətinin ildən-ilə ucuzlaşması fonunda azalır. Belə ki, "Brent” markalı xam neftin bir barrelinin qiyməti keçən ilin ilk rübündə orta hesabla 66,8 dollar olub, cari ilin eyni dövründə isə 5,5 faiz azalaraq 63,1 dollara geriləyib. Neftin qiymətinin ucuzlaşmasına təsir edən əsas amil isə qlobal neft tədarükünün artmasıdır.
ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, keçən ilin birinci rübündə qlobal neft hasilatı gündəlik 91,52 milyon barrel olduğu halda cari ilin birinci rübündə 3,2 faiz artaraq sutkada orta hesabla 94,42 milyon barrel təşkil edib.
banner

Oxşar Xəbərlər