• şənbə, 20 Aprel, 19:31
  • Baku Bakı 24°C

Birinci rübdə kreditlərin 97,4 faizi banklar tərəfindən verilib

20.05.19 14:37 455
Birinci rübdə kreditlərin 97,4 faizi banklar tərəfindən verilib
Aprelin 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 58 milyon manat təşkil edib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 10 milyard 439,7 milyon manatı və ya 79,9 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1558 milyon manat olub və ümumi kredit portfelinin 11,9 faizini təşkil edib.
banner

Oxşar Xəbərlər