• cümə, 29 Mart, 12:42
  • Baku Bakı 14°C

Birinci mikrorayonda evləri söküləcək insanlara veriləcək yeni mənzillərin sahəsi əvvəlkindən artıq olacaq

15.03.17 14:25 955
Birinci mikrorayonda evləri söküləcək insanlara veriləcək yeni mənzillərin sahəsi əvvəlkindən artıq olacaq
"1-ci mikrorayonda işlərin yerinə yetirilməsinə özəl şirkətlərin vəsaitləri cəlb olunacaq”.
APA-nın xəbərinə görə, bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.O bildirib ki, Bakının 1-ci mikrorayonunda evləri söküləcək insanlara sonradan yeni binalarda veriləcək mənzillərin sahəsi əvvəlki mənzillərlə müqayisədə 10 faiz artıq olacaq: "Söküntü-tikinti işləri aparılan zaman vətəndaşların kirayədə qalmaları üçün onlara kompensasiya da veriləcək”.
E. Əsədov qeyd edib ki, ilk növbədə 5 mərtəbəli binaların sökülməsi və onların yerində yeni 20 mərtəbəli binaların inşası nəzərdə tutulub: "Söküntü və tikinti işləri 3 mərhələdə aparılacaq”.
banner

Oxşar Xəbərlər