AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Birinci mikrorayonda evləri söküləcək insanlara veriləcək yeni mənzillərin sahəsi əvvəlkindən artıq olacaq

Birinci mikrorayonda evləri söküləcək insanlara veriləcək yeni mənzillərin sahəsi əvvəlkindən artıq olacaq

Cəmiyyət
15 Mart 2017, 14:25 655
"1-ci mikrorayonda işlərin yerinə yetirilməsinə özəl şirkətlərin vəsaitləri cəlb olunacaq”.
 
APA-nın xəbərinə görə, bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. O bildirib ki, Bakının 1-ci mikrorayonunda evləri söküləcək insanlara sonradan yeni binalarda veriləcək mənzillərin sahəsi əvvəlki mənzillərlə müqayisədə 10 faiz artıq olacaq: "Söküntü-tikinti işləri aparılan zaman vətəndaşların kirayədə qalmaları üçün onlara kompensasiya da veriləcək”.

E. Əsədov qeyd edib ki, ilk növbədə 5 mərtəbəli binaların sökülməsi və onların yerində yeni 20 mərtəbəli binaların inşası nəzərdə tutulub: "Söküntü və tikinti işləri 3 mərhələdə aparılacaq”.