Biri həddindən artıq təcrübəli idi - Jardim
"Monako”nun baş məşqçisi Leonardo Jardim Çempionlar Liqasının
yarımfinalında "Yuventus”la keçirilən cavab qarşılaşmasından (1:2) sonra
fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Jardim turniri başıuca tərk etdiklərini
deyib. O, "Yuventus” təcrübəsi hesabına qalib gəldiyini vurğulayıb:
"Komandalardan biri həddindən artıq təcrübəli, digəri isə gənc idi.
Futbolçularımla fəxr etdiyimi deməliyəm. Onlar bütün güclərini sərf etdilər.
Biz turniri başıuca tərk edirik. Bundan sonra Fransa çempionatının
oyunlarına köklənəcəyik”.