• şənbə, 20 Aprel, 12:45
  • Baku Bakı 23°C

Biri “gəlir” deyir - Biri də deyir ki, yalandı

11.07.17 12:25 1205
Biri “gəlir” deyir - Biri də deyir ki, yalandı
"Yuventus”un sabiq baş direktoru Luçano Modci "Latsio”nun yarımmüdafiəçisi Balde Keytanın transferi ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Modci "Yuventus”un transferi həll etdiyini və məsələnin qapandığını bildirib. Ancaq 22 yaşlı futbolçunun agenti Roberto Kalenda onun dediklərini təkzib edib. Agent sosial şəbəkədə belə yazıb:
"Bizim üçün təkcə Modci çatışmırdı. Onun dediklərinə inanmayın”.
"Barselona”nın yetirməsi olan seneqallı Keyta ötən mövsüm "Latsio”nun heyətində keçirdiyi 34 rəsmi oyunda 16 qol vurub, 6 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər