• şənbə, 20 Aprel, 09:51
  • Baku Bakı 14°C

Birgə Monitorinq Komitəsinin növbəti iclası Əbu-Dabidə keçiriləcək

11.07.19 22:00 4104
Birgə Monitorinq Komitəsinin növbəti iclası Əbu-Dabidə keçiriləcək
OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclası sentyabrda keçiriləcək.
AZƏRTACxəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) məlumat yayıb. Bildirilir ki, yığıncağın Əbu-Dabidə təşkili planlaşdırılır.
Xatırladaq ki, ötən il dekabrın 7-də "OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.
banner

Oxşar Xəbərlər