AZE | RUS | ENG |

Birgə əməliyyat - məhkumun gizlətdiyi silah və güllələr aşkarlandı

Birgə əməliyyat - məhkumun gizlətdiyi silah və güllələr aşkarlandı
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Trend-in məlumatına görə, Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Baş Cinayət-axtarış idarəsinin və Abşeron RPİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Kamran Muradəli oğlu Abşeron rayonu Gənclər şəhərciyi yaşayış kompleksində blokun giriş hissəsində gizlətdiyi 1 ədəd lüləsi kəsilmiş ov tüfəngini, 17 ədəd 20 kalibrli gülləni və 1 ədəd süngü bıçağı könüllü olaraq təhvil vermişdir.
Faktla bağlı araşdırma aparılır.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989