AZE | RUS | ENG |

Birdəfəlik ödəmənin 80 faizə qədəri icra olunub

Birdəfəlik ödəmənin 80 faizə qədəri icra olunub
Daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. 
Bu günədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclaslarında qəbul edilmiş bütün qərarlar üzrə vərəsələr birdəfəlik ödənişlə təmin olunublar.
Komissiyanın növbəti iclasında daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib ki, həmin vərəsələrin siyahısı da birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. 7 iş günü ərzində birdəfəlik ödəmələr onların bank hesablarına köçürüləcək.
Birdəfəlik ödəmə hesablarına köçürüldükdən sonra bu barədə  vərəsələrin sənədlərini notariat orqanlarına təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada ismarıcla rəsmi bildiriş göndəriləcək.
Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan 9785 şəhidin 14481 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.
Bununla da şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 80 faizə qədər icra olunub.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8684
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1128
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1751
CHF 1 1 İsveçrə frankı 1.7154
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2975