• cümə axşamı, 25 aprel, 14:57
  • Baku Bakı 23°C

Birbaşa mundiala çıxmağımız Azərbaycandan asılıdır - Ronaldo

12.10.13 10:30 1372
Birbaşa mundiala çıxmağımız Azərbaycandan asılıdır - Ronaldo
Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib.
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan portuqaliyalıların mundiala birbaşa yüksəlməsi sual altına düşüb. Buna onların evdə İsraillə qollu heç-heçə etməsi səbəb olub (1:1). Lakin Ronaldo qrupda birinci yerə yüksəlmək şanslarının olduğunu da deyib. O bildirib ki, Portuqaliyanın Braziliyada keçiriləcək dünya çempionatına birbaşa vəsiqə qazanması tək özlərindən deyil, həm də Azərbaycan yığmasından asılıdır: “Pley-off mərhələsi faciə deyil. Artıq seçmə mərhələnin gedişində məlum idi ki, biz çox güman bu mərhələdə iştirak edəcəyik. Birinci yerə çıxmaq şansımız da var. Lakin bunun üçün böyük hesabla qalib gəlməli və Azərbaycanın Rusiyanı məğlub etməsini gözləməliyik. Bunun üçün də hər şey tək bizdən yox, həm də Azərbaycandan asılıdır”.
Qeyd edək ki, oktyabrın 15-də Azərbaycanla oynayacaq Rusiyanın 21, Portuqaliyanın 18 xalı var. Onlar isə həmin günü Lüksemburq futbolçuları ilə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər