• cümə, 29 Mart, 04:46
  • Baku Bakı 7°C

“Bir” Tələbə-Könüllü Proqramının nümayəndələri ADU-da təqdimat keçirib

16.03.17 14:00 884
“Bir” Tələbə-Könüllü Proqramının nümayəndələri ADU-da təqdimat keçirib
"Bir” Tələbə-Könüllü Proqramının nümayəndələri Azərbaycan Dillər Universitetində (ADU) "Bakı Marafonu 2017” adlı təqdimat mərasimi keçirib. "Bakı Marafonu 2016”-nın qalibi Namiq Əsədov Bakı Marafonunun tarixi, iştirak qaydaları, qeydiyyat prosesi və hədiyyələr barəsində geniş məlumat verib. O, həmçinin idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə tələbələrə səslənib, marafona hazırlıq və keçirilən təlimlər barədə ətraflı danışıb.

Marafonun sponsorlarından olan "AzərTürkBank”ın Strateji planlaşdırma və Marketinq Departamentinin direktoru Leyla Məmmədova bankın fəaliyyət istiqamətləri və əməkdaşlıq prinsiplərindən söz açıb. O, eyni zamanda qaliblər üçün nəzərdə tutulan mükafatları da tələbələrin nəzərinə çatdırıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə aprelin 30-da ikinci dəfə baş tutacaq "Bakı Marafonu 2017” "Küləyə qalib gəl” şüarı altında təşkil olunacaq.

banner

Oxşar Xəbərlər