• cümə axşamı, 28 mart, 16:17
  • Baku Bakı 16°C

Bir şüşə arağın yaxın dostuna çevrildiyini hiss etməyib

25.06.20 13:32 905
Bir şüşə arağın yaxın dostuna çevrildiyini hiss etməyib
Hollandiya yığmasının sabiq futbolçusu Uesli sneyder "Real” karyerası barədə danışıb.
Kaspi.az xəbər verir ki, Sneyder "kral klubu”nda karyerasının alınmamasının səbəblərini də açıqlayıb. O, "Real”da çıxış edərkən spirtli içkilərdən yararlandığını da etiraf edib:
"Gənc idim, uğurlardan həzz alırdım, diqqət mərkəzində olmağı sevirdim. Amma hər şey istədiyim kimi getmədi.
Yox, narkotik qəbul etmirdim, amma spirtli içkilərdən yararlanırdım. Ulduzlar kimi yaşamağa alışmışdım.
"Real”ın oyunçusu olaraq sevilirdim, xeyli pul xərcləyirdim. Olduqca yaxşı oynayırdım, amma daha artığına qadir olduğumu deyirdilər.
Demək olar ki, tək qalmışdım. Balaca oğlum Cessini çox az-az görürdüm. Bir şüşə arağın mənim ən yaxın dostuma çevrildiyini hiss etmədim.
Ertəsi gün isə heç bir şey olmamış kimi meydana çıxdım və oynadım. Amma işlər getdikcə pisləşirdi, diqqətimi toplaya bilmirdim.
Hər şey yaxşı olduğunu deyərək, özüm özümü aldadırdım. Fiziki olaraq çökdüm. Daha az qaçırdım, amma bunu texnikamla ört-basdır edirdim. Düşünürdüm ki, bunu kimsə fərq etməz”.
Sneyder "Real”da 2007-2009-cu illərdə çıxış edib, daha sonra "İnter”ə keçib.
banner

Oxşar Xəbərlər