• çərşənbə axşamı, 19 mart, 10:44
  • Baku Bakı 8°C

Bir sıra qanunlara əlavə və dəyişiklik edilib

17.11.17 14:50 2679
Bir sıra qanunlara əlavə və dəyişiklik edilib
Milli Məclisin bu gün keçirilən iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanuna, "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda əlavə və dəyişiklik edilməsi, o cümlədən "Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı"nın təsdiqlənməsi məsələləri müzakirə olunub.

APA-nın məlumatına görə, layihələrə əsasən, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədilə prekursorların xeyli və külli miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, göndərilməsinə, daşınmasına və ya satılmasına ilə bağlı cinayət məsuliyyəti müəyyənləşir.

Cinayət Məcəlləsinin 234.3 maddəsinin sanksiyası (3 ilə qədər azadlıqdan məhrum etmə) buna şamil edilir. Bunun az miqdarda hazırlanmasına görə isə İnzibati Xətalar Məcəlləsində məsuliyyət müəyyən edilir və 200 manatdan 300 manata qədər cərimə tətbiq olunur. O cümlədən "Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı"da isə bua aid maddələr miqdarları üzrə təsbit edilir.

Layihələr səsə qoyularaq qəbul olunub.
banner

Oxşar Xəbərlər